Dünya
Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq
23 Noyabr, 2020
Baxış: 182
Türkiyə vətəndaşları koronavirusa qarşı peyvəndi ödənişsiz əldə edəcəklər.
 
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
 
İlkin olaraq tibb işçilərinin, daha sonra isə xroniki xəstəlikləri olan və digər risk qrupundakı şəxslərin peyvənd olunacağı bildirilib ("Hürriyet", 23 noyabr).

Fəxrəddin Qoca Çinin peyvənd istehsalçısı olan "Sinovac” şirkəti ilə danışıqların başa çatdığını deyib və Türkiyədə yerli peyvəndin də sınaqlarının uğurlu olduğunu vurğulayıb.

"Lazımi bütün qanuni proseslər həyata keçirilib, imzalar atılıb. Peyvəndləməyə başlamaq üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, - Fəxrəddin Qoca deyib.

İndiyə qədər Türkiyədə 446,822 nəfər koronavirusa yoluxub, onlardan 374,637 nəfəri sağalıb, 12,358 nəfər isə ölüb.
Dünya

Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

25 Yanvar 2021

Sosial media

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb. TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib. Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.  
Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

25 Yanvar 2021

abc.az

Gürcüstanda son sutkada koronavirusa 298 yeni yoluxma halı qeydə alınıb, 1 311 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib. Bu barədə yanvarın 25-də ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Məlumata görə, ölkədə pandemiya başlayandan indiyədək COVID-19-a 253 816 nəfərin yoluxduğu müəyyən edilib. Onların 243 396-sı sağalıb, 3 071-i isə ölüb. Aktiv koronavirus xəstələrinin sayı 7 323 nəfərdir. Ermənistanda isə son sutkada 54 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb. Bu barədə məlumatı yanvarın 25-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 094-ə çatıb. Ölkədə pandemiyadan ölənlərin...
Seçilmiş Videolar