Dünya

Türkiyədə koronavirusa yoluxmalar rekord həddə çatıb

26 İyul, 2021
171

AA

Türkiyədə COVID-19 infeksiyasına yoluxmalar son bir neçə ayda maksimal həddə çatıb. 

"Anadolu" agentliyinin iyulun 26-da verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. 

Nazirlikdən bildirilib ki, iyulun 25-də 223 837 test aparılıb, 14 230 yoluxma faktı müəyyən edilib, 55 nəfərsə vəfat edib. 

Sonuncu dəfə koronavirusa yoluxma faktlarında maksimal göstərici mayın 11-də qeydə alınmışdı. 

Türkiyə infeksionistlər ittifaqının rəhbəri Mehmet Ceyhan COVID-19 yoluxmalarının artması fonunda ölkəyə gələn turistlərin sayına məhdudiyyətlərin qoyulmasını tələb edib. 

Prezident Ərdoğan isə iyulun 21-ə bildirmişdi ki, ölkə yeni ştamlara görə pandemiyanın artımı ilə üzləşməyib. "Türkiyə xəstəliyə yoluxma, xəstələnmə və ölüm hallarının sayını azaltmağa müvəffəq olub və vaksinasiyada böyük uğurlar əldə edib". 


 

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar