Dünya

Türkiyədə saxlanılan Rusiya vətəndaşları casusluqda ittiham edilir

21 Oktyabr, 2021
726

Açıq mənbələrdən götürülüb

İstanbulda 6 əcnəbi siyasi və hərbi casusluqda ittiham olunaraq həbs edilib. 

Bu barədə "Hürriyet" qəzeti prokurorluq orqanlarına istinadən xəbər yayıb. 

Məlumata görə, saxlanılanlar arasında 4 Rusiya vətəndaşı, həmçinin Özbəkistan və Ukrayna vətəndaşı var. İstintaq hesab edir ki, onlar Türkiyədə yaşayan çeçen müxaliflərinə qarşı hücum hazırlayıblar və bunun üçün silah alıblar. 

"Sabah" qəzetinin yazdığına görə, həbs olunanlar Rusiya üçün işləyiblər. Onlara ünvanlanmış maddədə 15 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulur. Rusiya XİN məsələ ilə əlaqədar hələlik açıqlama verməyib. 

Bundan əvvəl "Qafqaz Həqiqətləri" (Кавказ.Реалии) nəşri yerli çeçen diasporasına istinadən məlumat yaymışdı ki, şübhəlilər iki şəxsə qarşı sui-qəsd hazırlayıblarmış: bloger Həsən Xalitova və Suriyadakı çeçen cihadçılarından ibarət dəstənin komandiri - Rüstəm Acıyevə. Sentyabrın əvvəllində Çeçenistan rəhbəri Ramzan Kadırovun İstanbuldakı tərəfdarına qarşı təşkil  edilmiş hücumda onların da adı hallandırılmışdı. 

Dünya

Böyük Britaniya Rusiyanın 3 aviaşirkətinə sanksiya tətbiq edib

19 May 2022

açıq mənbədən götürülüb

Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.  Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmamış yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq. “Nə qədər ki, Putin Ukraynaya qarşı barbar hücumunu davam etdirəcək, biz də Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz onların hava limanlarımızda sərfəli yerlərini nağdlaşdırmasının qarşısını almaq üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mövqeyimizi gücləndirir: Ukrayna qalib...
Dünya

ABŞ və Çinin qlobal borcu rekord 305 trilyon dollara çatıb

19 May 2022

"Shutterstock"

ABŞ və Çin özlərinin qlobal borclarını rekord 305 trilyon dollara çatdırıblar. Beynəlxalq maliyyə institutunun (İİF) göstəriciləri isə borcun ümumi istehsala nisbətinin azaldığını göstərir. Cari ilin birinci rübü ərzində Çinin borcu 2,5 trilyon dollar çoxalıb. ABŞ-ın borcuna isə 1,5 trilyon əlavə olunub. Bunun müqabilində dalbadal üçüncü rübdür ki, Avrozonada ümumi borcun azaldığı müşahidə olunur. Dünya borcunun ümumi daxilə məhsula nisbəti 348 faizə düşüb. Bu da bir il əvvəl qeydə alınan borcdan təxminən 15% aşağıdır. Bu zaman Avropa Birliyi ölkələrində vəziyyətin xüsusilə yaxşılaşması nəzərə çarpır. İİF-in məlumatlarına görə, Vyetnam, Tailand və Cənubi Koreya bu sahədə daha yüksək göstəricilərə malikdirlər. “Bu il artımın...

Seçilmiş Videolar

Toplum TV loqo