Sosial Media
Türkiyənin Bitlis vilayətində “Cougar” hərbi helikopterinin qəzaya uğramasına səbəb hava şəraitinin qəfil pisləşməsidir.
"Anadolu" agentliyinin martın 4-də verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Hulusi Akar açıqlama verib.
“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğramasına səbəb hava şəraitinin qəfil pisləşməsidir. Hadisənin dəqiq səbəbi ətraflı araşdırmalardan sonra müəyyən ediləcək”, - deyə nazir bildirib.
Bildirilir ki, faciənin ilk anlarından etibarən axtarış-xilasetmə işləri, yaralananların və həlak olanların nəşinin təxliyyəsi üçün dövlət idarələrinin bütün qüvvələri səfərbər edilib.
Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi həlak olub, ikisi yaralanıb. Qəzada ölənlərin arasında 8-ci ordu korpusunun komandanı, korpus generalı Osman Erbaş da var.
Hadisə ilə əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev və müdafizə naziri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib.
Panda Security
Agenda.ge
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış