Dünya

Türkiyənin pilotsuz döyüş təyyarəsini istehsal edəcəyi tarix açıqlandı

22 Sentyabr, 2021
146

www.star.com.tr

2023-cü ilə qədər insansız döyüş təyyarə sistemimizi, yəni insansız döyüş təyyarəsi dediyimiz layihəni reallaşdırmağı hədəfləyirik. 

"Anadolu Agentliyi"nin bu gün, sentyabrın 22-də verdiyi xəbərə görə, bunu "Baykar" şirkətinin direktoru Selçuk Bayraktar Türkiyədə keçirilən "Take Off" Beynəlxalq İnvestisiya Sammitindəki çıxışı zamanı deyib. 

Bayraktar 2022-ci ildə isə “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) ilk uçuşunun keçiriləcəyini bildirib. 

Onun sözlərinə görə, “Bayraktar TB3”  insansız müharibə təyyarəsi kimi inqilabi keyfiyyətlərə malik olacaq: o, qısa uçuş zolağı olan gəmilərə enib qalxa biləcək. 

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar