Dünya

Türkmənistan prezidenti oğlunu yüksək vəzifəyə təyin etdi

13 İyul, 2021
1558

Rəsmi səhifə

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov oğlu Sərdarı yüksək hökumət vəzifəsinə təyin edib.

Bu barədə iyulun 13-də Türkmənistanın dövlət mediası xəbər verib. 

Rəsmi mətbuatın “Xalqın oğlu” kimi qələmə verdiyi Sərdar Berdımuhammedov baş nazirin iqtisadiyyat və maliyyə, həmçinin xarici maliyyə təsisatları ilə əməkdaşlıq məsələləri üzrə müavini olub.

Sərdar Berdımuxammedovun təyinatı ilə eyni gündə bir sıra yüksək vəzifəli rəsmilər ya işdən kənarlaşdırılıb, ya da başqa vəzifələrə keçirilib. Bu qərarlar ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə eyni vaxta təsadüf edir. 

Məlumata görə, ölkədə işsizlik hökm sürür, məhdud miqdardakı əsas ərzaq mallarını ancaq dövlət mağazalarında tapmaq olur. Milli valyutanın məzənnəsi ən aşağı həddə enib. Dünya bazarlarında qaz qiymətlərinin düşməsinin vəziyyəti daha da ağırlaşdırdığı bildirilir. 

Beynəlxalq media Qurbanqulu Berdımuhammedovun oğlunu baş nazirin müavini kimi yüksək vəzifəyə təyin etməsini onu hakimiyyətinə varis hazırlaması ilə əlaqələndirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Putin "Vaqner"in keçmiş komandiri ilə görüşüb

Toplum TV
29 Sentyabr 2023

Sosial media

Rusiya prezidenti Vladimir Putin "Vaqner"in keçmiş komandiri Andrey Troşevlə görüşüb. Toplum TV bildirir ki, bu haqda sentyabrın 29-da Kremlin mətbuat xidməti məlumat yayıb. Verilən açıqlamaya görə, görüş zamanı "Vaqner" muzdlularının Ukrayna müharibəsindəki fəaliyəti müzakirə edilib.  “Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz 1 ildən çox belə bir hissədə vuruşmusunuz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüşün ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”, -  Putin Troşevə bildirib. Bundan əlavə, Rusiya prezidenti  hərbi əməliyyatlarda iştirak edən döyüşçülərin “Vətən Müdafiəçiləri Fondu” tərəfindən sosial dəstək veriləcəyini açıqlayıb....
Dünya

Rusiyada Ukrayna vilayətlərinin ilhaqı bayram günü elan edilib

Toplum TV
29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 28-də 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün bayram kimi qeyd edilməsi haqqında fərman imzalayıb.   Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, fərmana  əsasən, bayram Rusiyada istirahət günü olacaq və sentyabrın 30-da qeyd olunacaq. Sənəd “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır.   Moskva 2022-ci ilin payızında Ukrayna vilayətlərinin ilhaqını elan edib.   Moskvanın bunu rus qoşunları tərəfindən işğal edilmiş ərazilərdə referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıb. Ukrayna və dünyanın əksər ölkələri səsverməni saxta hesab edir və bunu beynəlxalq hüquqa qəsd kimi qiymətləndirirlər.

Seçilmiş Videolar

Toplum TV loqo