Sosial Media
Türkmənistan polisi qızlarla oğlanların parklardakı skamyalarda yanaşı oturmasına qadağa qoymağa başlayıb.
Bu barədə "Radio Svoboda"-nın Türkmənistan şöbəsi olan "Azatlık Radio"-sunun məlumatında deyilir
Bildirilir ki, son günlərdə Aşqabad parklarında ratsiya ilə gəzən polislərin sayı artıb. Onlar xiyabanlarda gəzir və sakinlərin kiminlə yanaşı oturduğuna fikir verirlər. Polislərin gözünə ilk olaraq gənc cütlüklərin ilişdiyi bildirilir. Əgər skamyada oturan qızla oğlandırsa, polis mütləq onlara yaxınlaşır və yanaşı oturmalarını qadağan edir.
Sonra gənc oğlanı sorğu-sual edirlər, yanındakı qızın kimliyini soruşurlar. Əgər o, yanındakının bacısı olduğunu deyirsə, polis onların sənədlərini yoxlayır. Əgər eyni kursda oxuduqlarını deyirlərsə, onda şöbəyə aparılır, oradan ya təhsil idarəsinə, yada valideynlərə zəng edilir.
"Azatlık Radio"-su polisin niyə belə reydlər aparmasının qeyri-müəyyən olduğunu yazıb.
Bundan əvvəl Türkmənistanda miqrantların və alkoqoliklərin məcburi pambıq yığımına aparıldığı bildirilirdi.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”