Turkmen News
Türkmənistanda 14 yaşlı cüdoçu Süleyman Tursunbayevin faciəvi ölümü ölkədə ciddi rezonans doğurub.
"Azadlıq radiosu"nun türkmən xidmətinin fevralın 19-da verdiyi məlumata görə, Tursunbayev yarışlarda nüfuzlu məmurun qohumu olan Daxili İşlər Nazirliyinin kursantına uduzmaqdan imtina etdiyinə və qələbə qazandığına görə naməlum şəxslər tərəfindən oğurlanıb, vəhşicəsinə döyülüb və küçəyə atılıb.
Bildirilir ki, hadisədən sonra ölkənin mühafizə orqanları yeniyetmələrin davranışlarına nəzarəti gücləndirmək qərarına gəlib.
“Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları fevralın 17-də saat 9-dan Marı vilayətinin bütün idman məktəblərində iclas keçiriblər”, - "Azadlıq radiosu"nun müxbirinə danışan mənbə bildirib. Onun sözlərinə görə, idman məktəblərinin yetirmələri üzərində nəzarətin gücləndirilməsi, məsələn, onların öz aralarında nə danışdıqlarına diqqət ayrılması müzakirə olunub.
Hakimiyyət nümayəndələri məşqçilərdən yetirmələrindən öyrəndikləri məlumatları rəhbərliyə çatdırmalarını tələb edib. Öz növbəsində, idman məktəblərinin rəhbərləri də daxil olan informasiyanı Milli Təhlükəsizlik Nazirliyinin yerli idarələri ilə bölüşməlidirlər.
İdman məktəblərinin məşqçiləri və müəllimləri Tursunbayevin qətlinin yetirmələrinə və onların valideynlərinə pis təsir etdiyini söyləyirlər: “Şagirdlər arasında idman məşğələlərinə marağını itirənlər var. Bəziləri deyirlər ki, evdə idmanla məşğul olsalar, daha yaxşıdır. Bizə belə idman lazım deyil”.
Məlumata görə, yeniyetmə idmançının ölümü və bununla əlaqədar aparılan işlər barədə Türkmənistanda ictimaiyyətə heç bir rəsmi məlumat verilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial media
Açıq mənbələrdən götürülüb