Dünya

Uğursuz baş nazirlər - Böyük Britaniya böhran keçirir?  

24 Oktyabr, 2022
300

Açıq mənbələrdən götürülüb

Liz Tras öz postunda cəmi 45 gün qalaraq Böyük Britaniya tarixində ən qısamüddətli baş nazir oldu. Mühafizəkarlar indi partiyanın yeni rəhbərini və müvafiq olaraq hökumət başçısını seçməlidirlər. “Meduza”nın xahişi ilə Londonda yaşayan jurnalist və “Perevodika” teleqram kanalının müəllifi İlya Qonçarov yaxın dövrdə Böyük Britaniya siyasətində nə baş verəcəyindən danışır.

Toplum Tv materialı azərbaycan dilində oxuculara təqdim edir.

Öz vəzifəsində keçirdiyi rekord qısa müddətdə Liz Tras ölkənin vergi sisteminin islahatı barədə elan verdi və ardınca dərhal onu ləğv etdi, Britaniya iqtisadiyyatını böhranın kandarına qədər apardı, funtun kursunu və Mühafizəkarlar Partiyasının reytinqini çökdürdü, partiyadaşlarının etimadını itirdi, özünün yaxın həmfikiri Kvazi Kvartenqi maliyyə naziri təyin etdi və çıxardı, nəhayət, ən məsul dövrdə - parlament üzvlərinə Britaniya iqtisadiyyatının gələcəyi barədə danışmalı olduğu zaman informasiya məkanından yoxa çıxdı. Bazar ertəsi, oktyabrın 17-də Tras buraxılan səhvləri etiraf etdi və postunda qalacağını bildirdi, amma artıq cümə axşamı, oktyabrın 20-də getdiyini bildirdi.

Trasın istefası o deməkdir ki, Mühafizəkarlar Partiyası yeni lider seçimini davam etdirəcək, o da avtomatik olaraq Böyük Britaniyanın baş naziri olacaq, çünki torilər hələ də hakim partiyadır.

Böyük Britaniya böhran keçirirmi?

Hələ ki, vəziyyət siyasi böhran kimi görünmür: yeni lideri seçmək və 2025-ci ilin yanvarında keçirilməsi gözlənilən növbəti seçkilərə qədər işləmək üçün hakim partiyanın bir həftə vaxtı var.

https://toplum.tv/dunya/45-gunluk-bas-nazir-liz-trasin-istefasina-sebeb-nedir

Amma Britaniya iqtisadiyyatı qeyri-sabit vəziyyətdədir və yaxşılaşma əlamətləri hələ gözə dəymir. Cümə axşamı, oktyabrın 20-də funtun kursunun bir qədər artmasına baxmayaraq, Trasın istefası fonunda ertəsi gün yenidən düşməyə başladı. Bu, çox güman ki, rekord səviyyədə yüksək dövlət borclanmaları haqqında informasiyanın açıqlanması ilə bağlı oldu. Eləcə də həmin gün parakəndə satışların həcminin son bir ay ərzində 1,4% azalması barədə rəsmi məlumatlar yayıldı. Bu həm də Tras hökumətinin vergiləri azaltmağı nəzərdə tutan, amma bunun əvəzində pulu haradan əldə edəcəyini açıqlamayan planlarına reaksiya verən funtun kursunun aşağı düşməsi ilə bağlıdır.

Bazar gözləyir, yeni hökumət var qüvvəsi ilə iqtisadi vəziyyəti düzəltməyə və ikirəqəmli inflyasiyadan yayınmağa çalışacaq. Ancaq “Bloomberg”-in rəyini sorduğu investorlar baş nazirin kimliyindən asılı olmayaraq funtun düşməsinin davam edəcəyini təxmin edirlər.

Erkən seçkilər olacaqmı?

Çox güman, yox. Hərçənd, Trasın fəaliyyətindən sonra torilərin ölkəyə rəhbərlik etməməli olduğunu iddia edən müxalifət bunu təklif edir.

Erkən seçkilər barədə qərarı fəaliyyətdə olan baş nazir qəbul edir. Hazırda hələ də həmin vəzifəni tutan Liz Tras indi, siyasətdə və iqtisadiyyatda baş verən son hadisələrin fonunda mühafizəkarların sürətlə səs itirdikləri zaman çətin ki, bunda maraqlı olsun.

Nəzəri cəhətdən parlament də erkən seçkilərə nail ola bilər. Bunun üçün parlament çoxluğu hökumətə etimadsızlıq göstərməlidir. Amma indiki vəziyyətdə buna nail olmaq üçün parlamentdə çoxluğa malik Mühafizəkarların bir hissəsi öz partiyadaşlarının formalaşdırdığı hökumətin əleyhinə səs verməlidir. Bu isə az ehtimal olunur.

Çox güman ki, Böyük Britaniyanı parlamentin əvvəlki tərkibi və torilərin formalaşdırdığı yeni hökumət gözləyir.

Mühafizəkarlar yeni lideri necə seçəcəklər?

Seçkilərin keçirilmə qaydası məlumdur. Namizədlər 24 oktyabr saat 14:00-dan gec olmayaraq namizədliklərini irəli sürməlidirlər. Əgər partiya liderinin əvvəlki seçimi az qala iki ay çəkmişdisə, bu dəfə mühafizəkarların ixtiyarında cəmi bir həftə var. Yeni liderin adı oktyabrın 28-də bilinməlidir.

İndiki parlamentdə cəmi 357 mühafizəkar var. Baş nazir olmaq istəyən hər kəs ən azı 100 deputat partiyadaşının dəstəyini qazanmalıdır, bu da potensial namizədlərin çərçivəsini xeyli qısaldır.  Ola bilər, zəruri dəstəyi yalnız bir namizəd qazansın. O zaman o, partiyaya və hökumətə rəhbərlik edəcək.

Əgər birdən artıq namizəd olarsa, oktyabrın 24-də parlament üzvü torilər arasında ilkin səsvermə olacaq, 25-28-də isə ən azı 3 ay partiya stajı olan sıravi üzvlər yeni lideri seçəcəklər.

Yarışda kim iştirak edə bilər?

Kimin (və ya kimlərin) namizəd olacağı oktyabrın 24-də bilinəcək, amma KİV və politoloqların daha tez-tez çəkdikləri adlar var.

Rişi Sunak

Sunak 2022-ci ilin yayında partiya lideri postu uğrunda Liz Trasa rəqib idi. İyul diskussiyaları zamanı o, Trasın iqtisadiyyatda yeniliklərlə bağlı təklif etdiyi (və iqtisadiyyatda xaosa və Trasın istefasına  səbəb olacaq) addımlarının əleyhinə idi.

Sunak gənc mühafizəkardır, yalnız 2015-ci ildə parlamentə düşüb. Boris Conson hökumətində maliyyə naziri olub və koronavirus pandemiyası zamanı “helikopter pulları”nı səxavətlə vətəndaşlara və biznesə paylamaqla ümumxalq şöhrəti qazanıb.   Belə dəstək tədbirləri arxada qaldıqca populyarlığı azalıb. 2022-ci ildə Sunakın imicinə ciddi zərbə dəydi: onun arvadı, Hindistanın İT nəhəngi “Infosys”in banisi Akşat Mertinin qızı qalmaqalın mərkəzinə düşdü: o, vergi optimizasiyasının leqal üsullarından istifadə edərək Böyük Britaniyada məcburi ödənişlərdən yayınıb. BBC-nin dəyərləndirməsinə görə, söhbət 2,1 milyon funt həndəvərində məbləğdən gedir.

Yayda Rişi Sunak partiya liderliyi uğrunda mübarizədə Liz Trasa məğlub oldu (60 399 səsə qarşı 81326 səs), amma oktyabrda mühafizəkarların əhvalı Sunakın xeyrinə dəyişib.

Penni Mordont

Penni Mordont yay mübarizəsində inamla üçüncü gedirdi. O, hərbçi ailəsində anadan olub və hətta, öz sözlərinə görə, adını Britaniyanın “HMS Penelope” hərbi gəmisinin şərəfinə alıb. Penni Britaniya tarixində müdafiə naziri olan ilk qadındır (Tereza Mey hökumətində).

Liz Tras oktyabrın 17-də naməlum səbəblərdən parlamentə gəlməyəndə məhz Penni deputatların suallarını dəf etməklə məşğul idi. Bu zaman Mordont dillərə düşəcək cümləsini dedi: “Baş nazir stol altında gizlənmir”. Mətbuat onun cəsarətli çıxışının partiyada gələcək liderlik üçün yaxşı əsas olduğunu qeyd edir. 

Boris Conson

Boris Conson hələ iki ay öncə baş nazir idi, amma qalmaqallar və hökumətdə istefalar fonunda iyulun 7-də özü də istefa verdi. Bununla belə, keçmiş London meri və xarici işlər naziri olan Conson çoxlarının yaddaşında parlaq və xarizmatik lider, 2019-cu il seçkilərində inamlı qələbəni təmin edən elektoral “lokomotiv”, Breksit tərəfdarı, ölkənin AB-dən çıxması prosesinə başçılıq edən şəxs kimi qalıb. (Con artıq baş nazir postuna namizə olmayacağını bəyan edib – red.)

Britaniya mətbuatında baş nazir postuna potensial namizədlər arasında müdafiə naziri Ben Uollesin, xarici ticarət naziri Kemi Badenokun və Tras hökumətində daxili işlər naziri olmuş və baş nazirdən bir gün əvvəl istefa verən Suella Bravermanın adı çəkilir. Daha bir mümkün namizəd də vardı, Kvazi Kvartenqin əvəzinə yeni maliyyə naziri təyin olunan və bir sıra önəmli vəzifələr tutmaq təcrübəsi olan Ceremi Hant. Amma o, oktyabrın 20-də bildirib ki, yarışda iştirak etməyəcək.

Baş nazir olmaq üçün kimin şansı daha çoxdur?

Açıq favorit yoxdur. Trasın istefasından iki gün əvvəl “YouGov”un 530 partiya üzvü arasında keçirdiyi sorğu mühafizəkarların Conson və Sunakı mümkün varis kimi təxminən eyni qiymətləndirdiklərini göstərir. Tras istefa verərsə, konkret kimi seçərsiniz sualına cavab verənlərin 32 faizi Consona, 23 faizi Sunaka üstünlük verib. Uolles, Mordont və Badenok müvafiq olaraq 10, 9 və 8% toplayıblar.

https://toplum.tv/dunya/rejimler-deyisende-niye-heykeller-yixilir

Bukmekerlər hələ ki, Sunakın tərəfindədirlər, bütün mərc saytlarında onun adı birinci gedir və seçilmək şansı 50 faizdən yuxarı qiymətləndirilir. Oktyabrın 21-də Consona 35%, Mordonta isə cəmi 16% şans verilirdi.

Mühafizəkarlar Partiyasını nə gözləyir?

Elə görünür ki, partiya yaxın iki il ərzində parlament çoxluğuna və iqtidara malik olacaq, amma torilərin sonrakı taleyi böyük sual altındadır.

“The Spectator”un istinad etdiyi sorğu nəticələrinə görə, yeni seçkilər bugün keçirilsəydi, mühafizəkarlar cəmi 22% səs toplayar və indi malik olduqları 357 deputat mandatından 300-nü itirərdilər. Əgər mühafizəkarlar iqtisadiyyat üzərində eksperiment aparmaqda və bu sürətlə liderləri dəyişməkdə davam etsələr, məhz bununla üzləşəcəkləri ehtimalı çox böyükdür.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Bayden Ukraynaya F-16 qırıcılarının verilməyəcəyini deyib

Toplum TV
31 Yanvar 2023

Forbes

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton Kiyevə F-16 qırıcıları verməyəcək. Toplum TV CNN-ə istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərin Ukraynaya təyyarələrin verilməsi ideyasını dəstəkləyib-dəstələmədiyini soruşduqda Bayden “Xeyr” cavabını verib. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Baydenin bəyanatını şərh edib. O, bildirib ki, Vaşinqton artıq Kiyevi kifayət qədər silahla təmin edib. https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi ötən həftə Qərb istehsalı olan tankların Ukraynaya göndərilməsi təsdiqləndikdən sonra müzakirə olunmağa başlayıb. Ukrayna ordusu 180-ə yaxın qırıcı təyyarəyə ehtiyac olduğunu bildirib. Hollandiya və Polşa Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olduqlarından bildiriblər. Yanvarın 30-da Polşanın...
Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb. Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib. "ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib.  https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın...

Seçilmiş Videolar

Toplum TV loqo