Dünya

Ukrayna 2029-cu ildən tez Avropa Birliyinə qəbul edilməyəcək

24 İyun, 2022
271

Açıq mənbələrdən götürülüb

Ukraynanın Avropa Birliyinə daxil olması üçün ehtimal edilən tarix 2029-cu ildir.

Eyni zamanda, Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlar prosedurunun başlaması hələ 2023-cü ilin əvvəlində gözlənilir. Bunu Avropa və Avro-Atlantika İnteqrasiyasının Koordinasiyası üzrə Hökumət Ofisinin baş direktoru Nataliya Forsyuk deyib.  

"Qəbul edilməli və həyata keçirilməli olan prosedurlara görə bu, 2029-cu ilə qədər mümkün deyil. Biz Avropa qanunlarını uyğun davranmalıyıq", - deyə o bildirib. 

Avropa Birliyi (AB) ölkələri liderlərinin iyunun 23-də keçirilən sammitində Ukrayna və Moldovaya AB üzvlüyünə namizəd statusu verilməsi razılaşdırılıb. 

Bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel və Avropa Şurasının rəhbəri Şarl Mişel xəbər veriblər.  

“Tarixi məqam və Ukrayna xalqı üçün ümid siqnalı”, - Bettel "tvitter"də yazıb. Öz növbəsində Şarl Mişel Ukrayna və Moldova prezidentləri Volodimir Zelenskini və Mayya Sandunu təbrik edərək iki ölkənin və AB-nin birgə gələcəyini vurğulayıb. 

Volodimir Zelenski sammitin qərarını alqışlayıb və onu Ukrayna-AB münasibətlərində unikal hadisə adlandırıb. 

Şarl Mişel həmçinin söyləyib ki, AB sammiti Gürcüstanın “Avropa perspektivi”ni tanıyıb və bir sıra şərtlər yerinə yetirildikdən sonra bu ölkəyə namizəd statusu verməyə hazırdır.

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo