Dünya

Ukrayna ABŞ-dan 80 tondan çox silah alıb

24 Yanvar, 2022
140

Açıq mənbələrdən götürülüb

Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün "Tvitter" hesabında bildirib ki, ölkəsi ABŞ-dan 80 tondan çox hərbi yardım alıb.

“Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-dakı dostlarımızdan 80 tondan artıq silah! Və bu, hələ son deyil” – nazir yazıb və əlavə edib ki, bu, amerikalı partnyorların göndərdiyi ikinci təyyarədir. 

Daha əvvəl məlum olmuşdu ki, "Boinq-747" təyyarəsi Frankfurtdan Borispol hava limanına yük gətirib. Ukrayna hərbçilərinə bidəfəlik əl qumbaraatanları olan "M141 Bunker Defeat Munition" və ya SMAW-D veriləcək. Bundan əlavə təyyarədə "Javelin" tank əleyhinə daşınan raket kompleksləri də olub. 

Yanvarın 22-də Ukraynaya ABŞ-dan ilk silah-sursat partiyası gətirilib. Yükün ümumi çəkisi 90 tondan çox olub.

Yanvarın 11-də CNN telekanalıABŞ administrasiyasındakı mənbələrinə istinad edərək bildirdi ki, ABŞ ötən ilin sonlarında Ukraynaya 200 milyon dollar həcmində əlavə hərbi yardım göstərilməsi təklifini bəyənib. Vaşinqton Kiyevə atıcı silahlar, sursatlar, tibb avadanlıqları və radiolokasiya müşahidə vasitələri göndərəcək.

Dünya

Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

20 May 2022

Gazprom.ru

“Gazprom” Finlandiyanın “Gasum” şirkətini mayın 21-dən etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib. Bu barədə “Gasum”un rəsmi məlumatında deyilir. Finlandiya qaz çatışmazlığını Estoniyadan gələn “Balticconnector” qaz kəməri ilə kompensasiya etmək niyyətindədir. “Gasum” Rusiyanın tələbi ilə qazın rublla ödənilməsinə keçməkdən imtina edib və arbitrajda buna etiraz etmək niyyətindədir. “Reuters” yazır ki, Finlandiyanın Rusiyadan idxal etdiyi qaz ölkənin enerji istehlakının yalnız beş faizini təşkil edir. Rusiya “dost olmayan” ölkələrdən aprelin 1-dən əvvəllər bağlanmış müqavilələrə görə ödənişlərin rublla aparılmasını tələb edib. Bolqarıstan və Polşa artıq təklif olunan sxem üzrə qazın pulunu ödəməkdən imtina edib, bundan sonra bu ölkələrə tədarük dayandırılıb. Rusiya hökumətinin məlumatına...
Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo