Dünya

Ukrayna hər gün Donbasda 1000-ə qədər insan itirir

16 İyun, 2022
564

Açıq mənbələrdən götürülüb

Donbassda ölən və yaralanan ukraynalıların sayı gündə min nəfərə çatır. 

“Axios” xəbər verir ki, bunu ABŞ-a səfəri zamanı Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri və Rusiya ilə sülh danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya bildirib.

Araxamiyanın sözlərinə görə, son iki həftə ərzində itkilərin sayı əhəmiyyətli dərəcədə artıb və hər gün 200-dən 500-ə qədər Ukrayna əsgəri həlak olur.

Eyni zamanda, Araxamiya hesab edir ki, itkilərə baxmayaraq, Ukraynanın Donbasda döyüşmək gücü var. Onun sözlərinə görə, Ukrayna bir milyon insanı səfərbər edib və daha iki milyonu səfərbər etmək imkanı var. Bununla belə, onların silahı olmalıdır.

Danışıqlar məsələsinə münasibət bildirərkən, Araxamiya qeyd edib ki, Ukrayna nümayəndə heyətinin üzvləri hər həftə rusiyalı həmkarlarıyla əlaqə saxlayırlar. Bununla belə, onun sözlərinə görə, Ukraynanın danışıqlardakı mövqeyi "əslində, kifayət qədər zəifdir, əgər mövqelərimiz belə zəifdirsə, biz danışıqlar masasına oturmaq istəmirik. Biz hadisələri necəsə tərsinə çevirməliyik", - Araxamiya deyib və əlavə edib ki, Ukrayna ordusu əraziləri geri almaq üçün əks-hücuma keçməlidir.

https://toplum.tv/dunya/medvedev-ukraynanin-dunya-xeritesinde-qalacagina-subhe-edir

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə ABŞ və NATO ölkələrindən Ukraynaya silah, o cümlədən ağır artilleriya tədarükünü sürətləndirməyi xahiş edib. Ukrayna Prezidentinin müşaviri Mixaylo  Podolyak hesablayıb ki, cəbhələrdə vəziyyətin dəyişməsi və Ukrayna ordusunun qələbəsini təmin etmək üçün bir neçə min ağır texnika, xüsusən də 1000 ədəd 155 mm-lik haubitsa, 300 çoxlüləli raketatan sistemi, 500 tank, 2000 zirehli maşın və 1000 PUA lazımdır - bu, məsələn, Almaniya və ya Böyük Britaniya ordusunun malik olduğundan çoxdur.

İyunun 15-də ABŞ Prezidenti Co Bayden Kiyevə artilleriya təchizatı da daxil olmaqla 1 milyard dollarlıq yeni yardım paketini elan edib.

Ukraynadakı hərbi əməliyyatlar şəraitində tərəflərin itkiləri ilə bağlı məlumatları yoxlamaq mümkün deyil. Bu günlərdə bir sıra KİV-lər Qərb mənbələrinə istinadən Rusiya ordusunun itkiləri barədə məlumat yayıb. Belə ki, BBC-nin Qərb kəşfiyyat xidmətlərindəki mənbəsinə  görə, fevralın 24-dən bəri müharibədə 20 minə yaxın rus hərbçisi həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo