Dünya

Ukrayna Krımı vurdu – Rusiyanın reaksiyası necə olacaq?

10 Avqust, 2022
492

Krımın Novofedorovka rayonunda yerləşən Saki aerodromuna raket zərbələri endirilib. Həvəskar kamera çəkilişlərində ərazidə böyük partlayışların baş verdiyi aşkarca görünüb. Rusiya Müdafiə Nazirliyi də əraziyə zərbələrin endirildiyini təsdiqləyib. Bildirilib ki, partlayış nəticəsində xəsarət alan olmayıb və aviasiya texnikasına ziyan dəyməyib. 

Rusiya Silahlı Qüvvələri Saki hərbi aerodromundan təyyarə və helikopterlər, o cümlədən dəniz aviasiyası üçün baza kimi istifadə edir. Bundan əlavə, dəniz təyyarələrinin uçuş və enişini məşq etmək üçün  yerüstü sınaq təlim kompleksi (aviasiya) mövcuddur.  Ukrayna KİV-inin məlumatına görə, Rusiya bu aerodromdan Ukrayna şəhərlərini bombalamaq üçün intensiv şəkildə istifadə edib. Ukraynanın ən yaxın mövqeləri aerodroma ən azı 222 km məsafədə yerləşir.

Ukraynanın Krım yarımadasasını vurmasına Rusiya hansı cavabı verəcək?

Siyasi şərhçi Əziz Əlibəyli Toplum TV-yə verdiyi açıqlamada Ukraynanın hansı hadisələr fonunda bu addımı atdığını şərh edib:

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ötən həftəki açıqlamasında bildirdi ki, artıq iyun ayında öz itkilərinin pik səviyyəsinə çatıblar, amma sonradan alınan silahlarla Rusiya ordusuyla mübarizə aparmağı öyrəniblər. Biz gördük ki, həm yeni verilən anti-artilleriya silahları, həm də xüsusi zərbə dronlarıyla Ukrayna haradasa revanş əldə edə bilər. Bu elementlərin fonunda Rusiya nəzarətindəki Krım bölgəsinə zərbələr endirildi.

Əziz Əlibəyli - Açıq mənbələrdən götürülüb

İlk dəfə Krım hədəfə alındı, aerodrom  bombalandı və mülki rus əhali panika içində yarımadanı körpülər vasitəsilə tərk etmək məcburiyyətində qaldı. İndi həm itkilərin kompensasiya edilməsi baxımından Ukrayna üstünlük əldə edir, həm də psixoloji və informasiya savaşındakı prosesləri balanslaşdıra bilir”, - deyə Əziz Əlibəyli əlavə edib.

“Ukrayna Rusiyanın şah damarını kəsir”

Siyasi şərhçi Ukraynanın Krımı vurması fonunda Rusiyanın üç addımdan birini atacağını ehtimal edir:

“Rusiya xüsusilə son model ballistik raketlərinin olması ilə bağlı informasiya yayıb. Biz gözləyirik ki, Rusiya həmin raketlərin istifadəsi ilə bağlı öz mövqeyini sərgiləyəcək.

Vladimir Putin və Dmitri Medyedevin verdiyi açıqlamalara əsasən, əgər Moskva proseslərin gedişatını dayandıra bilməsə, Ukraynanın əks hücumlarının qarşısını ala bilməsə, böyük ehtimalla NATO ölkələrinin bölgəyə yaxın hərbi bazalarını hədəf alacaq.

https://toplum.tv/dunya/rusiya-ukraynadaki-bayraktar-zavodunu-vura-biler

2 gün öncə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki,  indiki vəziyyətdə Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etmək olar. Bu nəbz yoxlamaq üçün verilən açıqlama olsa da, Rusiya tərəfi prinsipial olaraq imtina mövqeyi sərgiləmədi.

Krım məsələsi isə Rusiya üçün prinsipial əhəmiyyət kəsb edir.  Çünki həm qondarma xalq respublikalarına (Donetsk və Luqansk) statusun verilməsi Krım məsələsi üzərindən meydana çıxdı. İkincisi, burada coğrafiya da göstərir ki, Krımın vurulmasından sonra onun  su təchizatına görə Dnepr çayının cənubu və şərqinə doğru Rusiya eskalasiya etmək (gücdən salma taktikası)  məcburiyyətində idi. Çünki Krım yarımadasını ələ keçirib, amma onun təchizatını və yaşam şərtlərini təmin edə bilmirsə, ilhaqın heç bir mənası qalmır. Buna görə də Krım Rusiyanın bölgədəki şah damarıdır.  Ukrayna da məhz bunu kəsməyə çalışır.  Hesab edirəm ki, Rusiya Krım üzərindən Ukraynaya dediyim həmin modellər üzərindən daha sərt cavab verə bilər və ya düşünmədiyimiz daha kəskin versiyaları nəzərdən keçirə bilər”, - deyə şərhçi söyləyib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı “Luqansk və Donetsk Xalq Respublikaları”nı tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkələri Rusiyanın hücumunu pisləyib. Bundan sonra ABŞ Avropa Birliyi, Böyük Britaniya və digər Qərb ölkələri  Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb və bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

https://toplum.tv/dunya/vladimir-putinin-qaz-oyunlari

Rusiya Ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib. Avropa Birliyi Rusiya neftinə embarqo tətbiq edib.

Avqustun 10-na olan məlumata görə, Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzadılması barədə qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo