Açıq mənbələrdən götürülüb
Generalın ölümü ilə bağlı iyunun 5-də Ümumrusiya Televiziya və Radio Yayımı qurumunun müxbiri Aleksandr Sladkov məlumat verib.
Sladkovun "teleqram" kanalındakı yazıdan belə çıxır ki, Kutuzov "tabeliyində olanları hücuma apararkən" ölüb.
“Novorossiya milisindən xəbərlər” teleqram kanalı isə Kutuzovun Luqansk vilayətinin Popasna yaxınlığındakı Nikolaevka kəndində öldüyü barədə xəbər yayıb.
İyunun 5-də axşam Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qoşunları Nikolayevka və Beloqorovka bölgələrində “hücum əməliyyatları” həyata keçirib və “əhəmiyyətli sayda insani qüvvə və texnika itirib".
General Kutuzovun hansı bölməyə rəhbərlik etdiyi barədə hələlik məlumat verilmir. 2019-cu ildə o, Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında 29-cu Əlahiddə Ümumqoşun Ordusunun, 2017-ci ildə isə 5-ci ordunun müvəqqəti komandiri kimi qeyd edilib.
"Roman Kutuzov Ukraynadakı müharibə zamanı həlak olması müxtəlif rəsmi mənbələr tərəfindən təsdiqlənən dördüncü rus generalıdır. Ukrayna hakimiyyəti azı 7 generalın öldüyünü bildirib, lakin onlardan ən azı ikisinin bundan sonra sağ olduğu məlum olub", - BBC Rus Xidməti yazıb.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?