Ukrayna parlamenti Çeçenistan İçkeriya Respublikasını işğal olunmuş ərazi elan etdi
Carnegie Europe
Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasını “Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş ərazi” elan edib və “çeçen xalqının soyqırımını” pisləyən qətnamə qəbul edib.
"Meduza.io" xəbər verir ki, parlamentdə qətnamənin lehinə 287 deputat səs verib.
https://toplum.tv/dunya/zelenski-ukraynada-elektrik-stansiyalarinin-30-faizi-mehv-edilib
"Meduza.io" bildirir ki, bəzi Ukrayna media orqanları və siyasətçiləri Ali Radanın İçkeriyanın suverenliyini, yəni müstəqilliyini tanıdığını iddia etsələr də, bu belə deyil. Çünki iyulda deputatlar Aleksey Qonçarenko və Musa Maqomedovun təqdim etdiyi İçkeriyanın müstəqilliyinin tanınması haqqında qətnamə layihəsinə Ukrayna parlamentində hələ ki, baxılmayıb.
Çeçenistan xüsusi təyinatlıları hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir və Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynadakı “xüsusi hərbi əməliyyatın” ən qızğın tərəfdarlarından biridir. İçkeriya tərəfdarları da Ukrayna tərəfində müharibədə iştirak edirlər - 2022-ci ilin avqustunda Kadırov onlarla qan davası elan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür