Açıq mənbələrdən götürülüb
Ukrayna hökuməti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyə başlayıb.
"Meduza.io" xəbər verir ki, Ukrayna vizası almaq üçün Rusiya sakinləri Rusiyanın səkkiz şəhərindəki "VFS Global" viza mərkəzlərindən birinə müraciət edə bilərlər. Təqdim olunan ərizələrə üçüncü ölkələrdəki Ukrayna diplomatları baxacaq.
Ukrayna Prezidenti Vladimir Zelenski iyunun ortalarında ruslar üçün viza rejimi elan edərkən demişdi ki, hökumət bu addımı “milli təhlükəsizliyə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində” atıb.
Ukrayna tərəfi qeyd edib ki, viza ölkəyə girişə zəmanət vermir - son qərarı Ukrayna sərhədçiləri verəcək.
Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, mümkün cavab tədbirləri “Rusiyanın milli maraqları çərçivəsində və humanitar əsaslar nəzərə alınmaqla” görülə bilər.
Açıq mənbələrdən götürülüb
РИА Новости