Dünya

Ukrayna və Polşa ABŞ-Almaniya razılaşmasının əleyhinə çıxdılar

22 İyul, 2021
80

Azərtac

Ukrayna və Polşanın xarici işlər nazirləri Dmitri Kuleba və Zbiqnev Rau ABŞ və Almaniyanın “Şimal axını-2” qaz kəməri ilə bağlı razılaşmasının əleyhinə çıxıblar.

Bununla bağlı bəyanat hər iki nazirliyin saytında yerləşdirilib.

Bəyanatda qeyd olunur ki, sözügedən layihəni dayandırmaq cəhdlərindən imtina olunması böhranı dərinləşdirir, “Ukrayna və ümumilikdə Mərkəzi Avropa üçün əlavə siyasi, hərbi və enerji təhlükələri yaradır”.

Sənəddə həmçinin deyilir ki, kəmərin tikintisinin davam etməsi Rusiyaya “Avropadakı təhlükəsizliyə destruktiv təsir göstərmək imkanı verir, NATO və AB ölkələri arasında fikir ayrılığını gücləndirir”.

Daha əvvəl ABŞ və Almaniya “Şimal axını – 2” layihəsinin başa çatdırılması barədə razılığa gəliblər. Bu barədə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland xəbər verib.

Nulandın sözlərinə görə, Vaşinqton və Berlin Rusiya qazının Ukraynadan nəqli barədə müqavilənin daha 10 il uzadılmasına nail olmağa çalışacaqlar. İndiki müqavilənin müddəti 2024-cü ildə bitir.

Dövlət katibinin müavini bildirib ki, ABŞ və Almaniya Ukraynanın Rusiya qazının nəqlindən və təchizindən iqtisadi asılılığını azaltmağa çalışacaqlar. Bundan əlavə, əgər Rusiya enerji resurslarından digər ölkələrə təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaqsa, Almaniya ona qarşı sanksiyalar tətbiq edəcək. İki ölkənin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən birgə bəyanatında bildirilir ki, Ukrayna enerji resurslarının diversifikasiyasına görə Berlindən 70 milyon dollar həcmində maliyyə yardımı alacaq. Bundan əlavə, Almaniya Ukraynanın enerji təhlükəsizliyini dəstəkləmək üçün 1 milyard dollar həcmində “yaşıl fond” təşkil edəcək ("currenttime.tv").

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar