Açıq mənbələrdən götürülüb
Ukraynanın Ali Radası mediada və ictimai məkanlarda rus musiqisinin səsləndirilməsini qadağan edən qanun layihəsi qəbul edib.
"Meduza" bu barədə deputat Yaroslav Jeleznyaka istinadən xəbər verir. Radanın saytında yerləşdirilən məlumata görə, qanun layihəsinin qəbuluna 303 deputat səs verib.
Layihənin mətnində deyilir ki, Ukraynanın “təcavüzkar” elan etdiyi ölkənin vətəndaşının əsəri olan “fonoqramın, videoqramın və musiqi klipinin” ölkə ərazisində publik səsləndirilməsi qadağan edilir.
Bu tələb 1991-ci ildən Rusiya Federasiyası vətəndaşlığına malik ifaçıların mahnılarına aiddir. Qanun Rusiya vətəndaşlığından çıxaraq Ukrayna vətəndaşlığını qəbul edənlərə və Ukraynaya qarşı təcavüzü pisləyənlərə şamil olunmur.
Rada eyni zamanda Rusiya, Belarus və işğal olunmuş Ukrayna ərazilərində nəşr edilən kitab və digər çap məhsullarının idxalına və yayılmasına qadağa qoyan qanun qəbul edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür