AP
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Rusiya uzunmüddətli müharibə aparmağa hazırlaşır.
“Ukrayinska pravda”nın məlumatına görə, nazir bu barədə Avropa İttifaqı Xarici İşlər Şurasının müdafiə nazirləri səviyyəsində iclasının iştirakçılarına müraciətində deyib.
“Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzun bir mərhələyə qədəm qoyur. Rus qoşunları Xerson və Zaporojye vilayətlərində, lazım olacağə təqdirdə müdafiəyə keçmək üçün fəal şəkildə mühəndislik və istehkam işləri aparır”, - Reznikov əlavə edib.
Müdafiə naziri bununla bağlı vəd edilmiş silah tədarükünü sürətləndirməyə çağırıb və qeyd edib ki, müharibənin uzadılması qlobal ərzaq böhranı, eləcə də növbəti miqrasiya böhranı riskinə səbəb ola bilər.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?