Rəsmi səhifə
Dünyada koronavirus pandemiyasının yeni dalğasının ilkin mərhələsi başlayıb.
"Kommersant" nəşrinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Gebreyesus deyib.
Onun sözlərinə görə, ötən həftə dünyada koronavirusa yoluxmalarda və virusla əlaqədar ölümlərdə artım qeydə alınıb. Virusun ölümcül təsirləri 10 həftəlik fasilədən sonra yenidən intensivləşməyə başlayıb.
Gebreyesus deyib ki, göstəricilərin artmasının ən əsas səbəbi koronavirusun yeni "delta" ştammıdır. Onun sözlərinə görə, "delta" ştammı hazırda dünyanın 111 ölkəsində mövcuddur.
ÜST sözügedən ştammın tezliklə dünyada hökmranlıq edən əsas ştamm olacağını proqnozlaşdırır. Qurum koronavirusun yeni ştammından qorunmağın yeganə yolunu əhalinin vaksin olunması prosesinin tezləşdirilməsində görür.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”