Dünya

ÜST “peyvənd pasportu” tələbini dəstəkləmədi

7 Aprel, 2021
53

The Regulatory Review

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xaricə səyahətlər zamanı "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir. 

"Röyters"in aprelin 6-da verdiyi məlumata görə, bu barədə təşkilatın nümayəndəsi Marqaret Harris mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, peyvəndin virusun ötürülməsinin qaşısını alıb-almadığı hələlik məlum deyil: 

"ÜST olaraq ölkəyə giriş-çıxış zamanı "peyvənd pasportu"nun tələbi edilməsinin məqbul hesab etmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik". 

Harris əlavə edib ki, “peyvənd pasportu” tələbi həmçinin müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkiliyə səbəb ola bilər. 

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar