Açıq mənbələrdən götürülüb
"Zəngin ölkələr dünyada istehsal olunan koronavirus əleyhinə vaksinlərin çoxunu aldıqlarına görə, vaksin çatışmazlığı müşahidə olunur".
Bu barədə Çinin xarici işlər naziri Van İ aprelin 5-də nazirliyin saytında yerləşdirilən bəyanatında bildirib.
“Dünya əhalisinin 16 faizinin yaşadığı zəngin ölkələr istehsal olunan vaksinin 60 faizini alıblar. Bəzi inkişaf etmiş ölkələr isə öz əhalisinin sayından 3-4 dəfə çox vaksin sifariş ediblər”, - Van İ bəyanatında bildirib.
Nazirin sözlərinə görə, bu səbəbdən inkişaf etməkdə olan ölkələr vaksin çatışmazlığı ilə üzləşirlər. O, varlı ölkələri “vaksin millətçiliyi”ndə günahlandırıb və rəsmi Pekinin belə yanaşmaya qarşı olduğunu bildirib.
Van İ deyib ki, Çin kasıb ölkələrə vaksinlərin tədarüküylə bağlı yardım edir və artıq 80 ölkəyə vaksin göndərib. Eyni zamanda Pekin vaksinlərin istehsalında daha onlarla ölkə ilə əməkdaşlıq edir.
Çinin özündə vaksin tədarükü ilə bağlı problemlər yaşanmışdı. 2020-ci ilin noyabrında vaksin çatışmazlığı yaranmış, çinlilər növbə gözləməli olmuşdular. Bu səbəbdən ölkədə vaksinləşmə növbəsində öz yerini satmaq biznesi çiçəklənməyə başlamışdı. Möhtəkilər buna görə 600-1500 dollar pul istəyirdilər.
Panda Security
Agenda.ge
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış