Dünya

Varşavada Rusiya səfirinin başına qırmızı rəng atıblar

9 May, 2022
63

AFP

Polşanın paytaxtı Varşavada Rusiya səfirinə hücum olub. Səfir Sergey Andreyev Qırmızı ordu əsgərlərinin dəfn olunduğu məzarlığa əklil qoyarkən üstünə qırmızı rəng atıblar.

İnternetdə yayılmış videoda səfir və onu müşayiət edən şəxsləri dövrəyə almış şəxslər əllərində Ukrayna bayraqları tutub, “Faşistlər” qışqırırlar.

Hadisə yerindən kadrlar Rusiyanın RİA Novosti, İzvestiya dövlət media orqanları yayıb.

Polşa Rusiyanın Ukraynaya təcavüzünə sərt münasibət göstərir. Müharibə başlayandan sonra bu ölkəyə 3 milyondan çox ukraynalı qaçqın gəlib.

Səfir insidentdən sonra ciddi xəsarət almadığını bildirib. Onun sözlərinə görə, səfirlik etirazını bildirəcək. Rusiyanın Polşadakı səfirliyi diplomatlara hücumla bağlı rəsmi protest təqdim edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, neonasizmin pərəstişkarları növbəti dəfə üzlərini açıblar: “Qərbdə faşizmin reinkarnasiyası kursu müəyyən edilib”.

Dünya

Yerevanda saxlanılan müxalifətçilərin sayı 400-ü keçib

17 May 2022

AFP

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində küçələri bağlayan 400-dən çox aksiyaçını saxlayıb. Yerevan polisininin rəsmi məlumatına görə, 414 nəfər saxlanılıb. Bundan əvvəl müxalifət liderlərindən biri, parlamentin vitse-spikeri İşxan Saqatelyan küçə aksiyalarının dayandırıldığını və axşam saatlarında mitinq keçiriləcəyini açıqlamışdı: "Biz qarşıya qoyulan məqsədi yerinə yetirmişik - qeyd etmişik ki,Ermənistanda vəziyyətin sahibi xalqdır. Biz itaətsizlik aksiyalarını dayandırırıq". Mayın 17-i səhər saatlarından etibarən nümayişçilər Yerevanın müxtəlif yerlərində, o cümlədən hava limanına və Müdafiə Nazirliyinə gedən yollarda nəqliyyatın hərəkətini dayandırıblar. Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon da var. Bu barədə o, özünün “Telegram” kanalında...
Dünya

Zelenski və Şolz Ukrayna müharibəsinin bitməsi üçün şərti açıqlayıb

17 May 2022

açıq mənbədən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub və onlar münaqişənin diplomatik yolla həlli üçün Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasının zəruriliyini bəyan ediblər. Bu barədə mayın 17-də Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit özünün “Twitter” səhifəsində məlumat verib. Hebeştreitin məlumatına görə, Zelenski və Şolz humanitar və hərbi vəziyyəti müzakirə ediblər. Liderlər Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sülh şəraitində həlli yollarını axtarıblar. Onlar bu qənaətə gəliblər ki, bu, yalnız Rusiya hərbi əməliyyatlara son qoyacağı və qoşunlarını çıxaracağı halda mümkün olacaq. Bundan əvvəl Şolz və Zelenski mayın 11-də tetefonla danşıblar. Liderlər Moskva və Kiyev arasında danışıqların...

Seçilmiş Videolar

Toplum TV loqo