“Vashington Post”: Çin Rusiyaya dəstək üçün yollar axtarır, sanksiyalardan qorxmur
Açıq mənbələrdən götürülüb
Çin Xalq Respublikasının sədri Si Cinpin öz köməkçilərinə Rusiyaya kömək etməyin yollarını tapmağı, amma bunu Qərbin sanksiyalarına məruz qalmayacaq şəkildə etməyi tapşırıb.
Bu barədə “Vashington Post” Çin və ABŞ-dakı mənbələrinə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Rusiya müharibə başlayandan bəri dəfələrlə Çindən maliyyə və texnoloji daxil olmaqla, daha çox dəstək istəyib. Məsələylə tanış olan çinli rəsmilərindən biri bu danışıqları “gərgin” adlandırıb: “Biz [Rusiyanın] çətin vəziyyətini başa düşürük, amma öz vəziyyətimizi də nəzərə almaya bilmərik. Çin həmişə Çin xalqının mənafeyinə uyğun fəaliyyət göstərəcək”.
Bununla belə, Çin Rusiyaya diplomatik səviyyədə dəstək verir - Pekin açıq şəkildə ABŞ-ı münaqişəyə görə və NATO-nun Avropada genişləndirilməsi siyasətinə görə təqsirləndirir, sanksiyaları “qanunsuz” adlandırır. “Vashington Post”un yazdığına görə, Kremlsə bu cür dəstəyi qeyri-kafi hesab edir.
Nəşrin mənbələrindən biri həmçinin bildirib ki, Ukraynada müharibə Çinin gözlədiyindən daha uzun sürüb və Pekin Moskvaya açıq şəkildə bildirib ki, hərbi əməliyyatların dayandırılması “sanksiyalara qarşı çıxmaq və biznes əlaqələrini inkişaf etdirmək üçün daha çox imkan yaradacaq”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər