Açıq mənbələrdən götürülüb
Rusiya Prezidenti Vladimir Putin dünyada ən qeyri-populyar liderdir.
“Pew Research” tədqiqat mərkəzinin Polşadan Avstraliyaya qədər 18 ölkədə keçirdiyi sosioloji sorğu respondentlərin yalnız 9 faizinin Rusiya prezidentinə müsbət yanaşdığını göstərib, 90% isə onun siyasətini qəti rədd edir. Bu, sorğunun keçirildiyi 20 il ərzində Putinin reytinqinin ən aşağı səviyyəsidir. Sorğu Rusiyada keçirilməyib.
Birləşmiş Ştatlarda Putini 6% pozitiv, 77% isə kəskin neqativ kimi qiymətləndirir. Almaniyada göstəricilər müvafiq olaraq, 14 və 85 fazidir.
Ümumən Rusiyanın reytinqi də düşüb: rəyi soruşulanların 85 faizi ona mənfi yanaşdığını deyib. Antirusiya əhvalı Polşada daha yayğındır: iştirakçıların 97 faizi Rusiyaya mənfi və ya olduqca mənfi yanaşır.
ABŞ-da Rusiyaya 92% neqativ münasibət bəslənilir. İtaliyada isə Rusiyaya etimad 2020-ci ildəki 48 faizdən 14 faizə düşüb.
Rusiyaya ən az neqativ yanaşan ölkə Malayziyadır - 50%. Üstəlik, burada Putinin reytinqi Rusiyanın özündə olduğundan yüksəkdir.
ABŞ Prezidenti Co Baydenə etimad da zəifləyib. Almaniyada ötən il onun siyasətini respondentlərin 78% dəstəklədiyi halda bu il 64%-ü dəstəkləyib. Amma Baydeni dəstəkləyən avropalılar yenə də çoxluq təşkil edirlər. İsrail istisna olmaqla bütün ölkələrdə Baydenin reytinqi əvvəlki Prezident Donald Trampın dörd illik reytinqlərindən yüksəkdir.
Avropa liderlərindən Fransa Prezidenti Emmanuel Makron 62%, Almaniya kansleri Olaf Şolts 59% reytinqə malikdir. Şolts sələfi Angela Merkeldən daha az populyardır. Çin lideri Si Tsinpini yalnız 18% respondent müsbət qiymətləndirir.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb