Dünya

Vladimir Putinin populyarlığı aşağı düşüb

23 İyun, 2022
123

Açıq mənbələrdən götürülüb

Rusiya Prezidenti Vladimir Putin dünyada ən qeyri-populyar liderdir. 

“Pew Research” tədqiqat mərkəzinin Polşadan Avstraliyaya qədər 18 ölkədə keçirdiyi sosioloji sorğu respondentlərin yalnız 9 faizinin Rusiya prezidentinə müsbət yanaşdığını göstərib, 90% isə onun siyasətini qəti rədd edir. Bu, sorğunun keçirildiyi 20 il ərzində Putinin reytinqinin ən aşağı səviyyəsidir. Sorğu Rusiyada keçirilməyib. 

Birləşmiş Ştatlarda Putini 6% pozitiv, 77% isə kəskin neqativ kimi qiymətləndirir. Almaniyada göstəricilər müvafiq olaraq, 14 və 85 fazidir. 

Ümumən Rusiyanın reytinqi də düşüb: rəyi soruşulanların 85 faizi ona mənfi yanaşdığını deyib. Antirusiya əhvalı Polşada daha yayğındır: iştirakçıların 97 faizi Rusiyaya mənfi və ya olduqca mənfi yanaşır. 

ABŞ-da Rusiyaya 92% neqativ münasibət bəslənilir. İtaliyada isə Rusiyaya etimad 2020-ci ildəki 48 faizdən 14 faizə düşüb.

Rusiyaya ən az neqativ yanaşan ölkə Malayziyadır - 50%. Üstəlik, burada Putinin reytinqi Rusiyanın özündə olduğundan yüksəkdir. 

ABŞ Prezidenti Co Baydenə etimad da zəifləyib.  Almaniyada ötən il onun siyasətini respondentlərin 78% dəstəklədiyi halda bu il 64%-ü dəstəkləyib. Amma Baydeni dəstəkləyən avropalılar yenə də çoxluq təşkil edirlər. İsrail istisna olmaqla bütün ölkələrdə Baydenin reytinqi əvvəlki Prezident Donald Trampın dörd illik reytinqlərindən  yüksəkdir. 

Avropa liderlərindən Fransa Prezidenti Emmanuel Makron 62%, Almaniya kansleri Olaf Şolts 59% reytinqə malikdir. Şolts sələfi Angela Merkeldən daha az populyardır. Çin lideri Si Tsinpini yalnız 18% respondent müsbət qiymətləndirir.

Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul 2022

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. "Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.  “Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib. Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo