Sosial Media
Dünyaca məşhur əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyni övladının transgender əməliyyatı olduğu barədə yazıb.
Yazıçı sosial media hesabında qızı Harisin transgender olmaq barədə bir il əvvəldən başlayan səyahətindən bəhs edib:
"Emosional, fiziki, sosial, psixoloji baxımdan bu cür transformasiya çox mürəkkəbdir, amma Haris hər bir çətinliyi lütfkarlıqla, təmkin və müdrikcəsinə qarşıladı.
Mən bir ata kimi onun barəsində heç vaxt bu qədər qürur duymamışdım. İndi iki qızım olduğuna görə şadam. Hər şeydən vacibi, mən Harisin cəsarətindən, dünyanı öz həqiqi kimliyi ilə yaşamaq əzmindən ilhamlanmışam".
https://toplum.tv/dunya/taliban-qadinlara-yeni-qadaga-qoyub
Hüseyni övladının atdığı hər addımda ailəsiylə birgə yanında olacağını deyib:
"Biz onun yanındayıq. Onun bu dünyaya gözəl, ağıllı və möhtəşəm qadın kimi təşrif buyurmasına şahid olmaq böyük imtiyazdır. Tanrı onu qorusun".
Xalid Hüseyni Azərbaycanda da çox oxunan "Çərpələng uçuran" və "Və dağlardan səda gəldi" kimi qlobal bestsellerlərin müəllifidir.
Global News
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir