Dünya

 Xameneyi: İrandakı etirazların arxasında ABŞ və sionistlər dayanır

4 Oktyabr, 2022
372

"Bu iğtişaşlar Amerika, sionist rejim və onların agentləri tərəfindən təşkil edilir".

"Fars" agentliyi xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xameneyi Tehranda bir qrup tələbə qarşısındakı çıxışı zamanı deyib. Xameneyi Məhsa Əminin ölümündən kədərləndiklərini bildirsə də, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etməyib.

Onun sözlərinə görə, bu cür hallar İranda dəfələrlə baş verib: "Ancaq bəziləri bunu görmürlər. Onlar itaətkar, inək kimi sağılan Pəhləvi dönəmini axtarırlar”.

Sentyabrın ortalarında 22 yaşlı kürd qadın hüquq müdafiəçisi Məhsa Əmini başındakı hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb və döyülüb. Qız komaya düşdükdən bir neçə gün sonra xəstəxanada ölüb.

Buna cavab olaraq İranda etiraz aksiyaları başlayıb. Nümayişlərin əvvəlindən qadınlar hicablarını cırıb, bəziləri onları açıq şəkildə yandırıb, həmçinin etiraz olaraq saçlarını kəsiblər. Bir neçə gün sonra nümayişçilər hökumət əleyhinə “Diktatora ölüm!” şüarları səsləndirməyə başlayıblar.

Etirazlar üç həftədən çoxdur ki, davam edir, onlar İranın səksəndən çox şəhərini, o cümlədən ölkənin paytaxtı Tehranı əhatə edib. Hüquq müdafiəçilərinin məlumatına görə, polislə toqquşmalar zamanı azı 133 nəfər həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo