açıq mənbədən götürülüb
Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı nüvə silahı tətbiq etmək niyyətində olmadığını bəyan edib.
"Ria Novosti” nin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.
“Biz dəfələrlə Rusiyanın xüsusi hərbi əməliyyatda nüvə silahından istifadə edə biləcəyi ilə bağlı eyhamları təkzib etməli olmuşuq. Bu, düşünülmüş yalandır”, - Rusiya XİN rəsmisi vurğulayıb.
O əlavə edib ki, Rusiya “nüvə müharibəsində qalib ola bilməz və nüvə müharibəsinə başlamaq olmaz” prinsiplərinə möhkəm sadiqdir: “Keçən il məhz Rusiya ABŞ-ı, sonra isə bütün nüvə beşliyini bu prinsipə sadiq olduqlarını təsdiq etməyə inandıra bilmişdi”.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”