Al Arabiya
Yapon hökuməti COVID-19 ilə mübarizə çərçivəsində əhaliyə yardım kimi 1,8 trilyon yen (15,8 milyard dollar) ayırmağa qərar verib.
Bu barədə "Yomiuri" nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Yaponiya hökuməti bu ödənişləri 2022-ci maliyyə ilinin dövlət büdcəsinə daxil edib. Layihə çərçivəsində plastik kart şəklində şəxsiyyət vəsiqəsi olan hər bir sakin 174 dollar yardım alacaq.
Pulu almağın şərti vətəndaşın həmin kartlardan tibbi sığorta şəklində istifadəsinə razılıq verməsidir, həmçinin onları bankdakı hesabla əlaqələndirmək lazımdır.
Hakimiyyət bununla şəxsiyyəti identifikasiya edən vahid kartların populyarlığını artırmaq stəyir. Hazırda yaponların yalnız 39 faizi onlardan istifadə edir.
Milli genetika institutunun professoru İturo İnoue daha əvvəl bildirmişdi ki, delta-ştammın mütəmadi mutasiyalar səbəbindən yoxa çıxmasından sonra COVID-19 virusuna yoluxma halları azalıb. Bundan əlavə, ölkədə vaksinasiya göstəricilərinin yüksək olması və sanitar qaydalara riayət olunması da yoluxmanın azalmasına səbəb olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər