Dünya

Yerevan Qarabağın müstəqilliyini tanıya bilərmi? - Paşinyanın cavabı

24 Noyabr, 2021
92

Rəsmi səhifə

"Ermənistan hökuməti, beynəlxalq hüququn dili ilə desək, Qarabağın maraqlarının təmsilçisi olmalıdır".

Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan yerli mətbuatın suallarını "Feysbuk"-da canlı yayımda cavablandırarkən səsləndirib.

Ermənistanın hansı şərtlər daxilində Qarabağın müstəqiliyyini tanıyacağı barədə suala cavab verən Paşinyan bildirib ki, rəsmi Yeravan ATƏT-in Minsk qrupunun çərçivəsində danışıqlar prosesinin sürətlə bərpasından yanadır, qrupun həmsədrləri (ABŞ, Fransa, Rusiya) isə tərəfləri problemi məlum prinsiplər əsasında həll etməyə və danışıqlar üçün uyğun atmosfer yaratmağa çağırırlar.

Baş nazir bildirib ki, ötən illər ərzində Qarabağla bağlı çoxlu bəyanatlar səsləndirilib, onların da çoxu doğrudur və ədalətlidir. Ermənistan bu qərarı qəbul edəcək birinci və yeganə dövlət olmamalıdır. Buna görə də təkcə tanımaq azdır, bunun effekti olacağını, kömək edib-etməyəcəyini düşünmək lazımdır.

“Beynəlxalq hüquqla eyni dildə danışmaq lazımdır”, - Paşinyan əlavə edib.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar