Reuters
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla xüsusi təyinatlılar arasında toqquşma olub.
"RİA Novosti"-nin məlumatına görə, hadisə bu gün səhər, mayın 25-də Milli Təhlükəsizlik Şurasının binası yaxınlığında baş verib.
Bildirilir ki, etirazçılar Təhlükəsizlik Şurasının binasına girişləri bağladıqdan sonra polis xüsusi təyinatlılarının qalxanlı və dəbilqəli əsgərləri ilə qarşıdurma yaşanıb. Sonradan onlara “qara berelilər” qoşulub. Bir neçə qısa toqquşmadan sonra təhlükəsizlik qüvvələri etirazçıları mühasirəyə alıb, lakin hücuma keçməyib.
Məlumata görə, daha sonra xüsusi təyinatlıların bir hissəsi polis maşınlarına minərək ərazini tərk ediblər.
Mayın 24-də etirazçılar həm də Ermənistan Xarici İşlər Nazirliyinin binasına girişi bağlamışdılar. Etirazçıların fikrincə, xarici işlər naziri “artıq Ermənistanın maraqlarına xidmət etmir”.
Artıq bir neçə həftədir ki, Ermənistan müxalifəti Yerevanda və ölkənin digər şəhərlərində etiraz aksiyaları təşkil edir. Etiraz hərəkatının iştirakçıları hesab edirlər ki, Baş nazir Nikol Paşinyan hökumətinin siyasəti ölkənin və qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizliyini təhdid edir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?