azatutyun.am
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin etiraz aksiyaları davam edir.
“İnterfaks”-ın məlumatına görə, aksiyalar dünən, mayın 16-da avtoyürüşlə başlayıb. Bu günsə Paytaxt Yerevana bir neçə istiqamətdən daxil olan yürüşçülər mərkəzə doğru hərəkət ediblər.
Yürüşçülər yavaş sürətlə hərəkət edərək küçələrdə nəqliyyatın hərəkətini dayandırmaq istəyiblər. Bunun ardınca polis avtoyürüşü dayandırıb və onlarca etirazçı saxlanıb.
Bildirilir ki, aksiyalar zamanı ümumilikdə 90-dan çox vətəndaş saxlanılıb.
Yerevan polisinin məlumatında deyilir ki, avtoyürüşçülər yalnız küçə hərəkətini dayandırmırdılar, onlar ümumən başqa nəqliyyat vasitələrinə təhlükə yaradırdılar.
Etirazçılar bu gün, mayın 17-də daha böyük aksiya keçirəcəklərini elan ediblər.
Ermənistanda müxalifəti aprelin sonlarından bəri aramsız etiraz aksiyaları keçirir.
Müxalifətin mayın 1-də keçirilən mitinqində vətəndaş itaətsizliyi elan edilib.
Müxalifət etiraz aksiyalarına Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışı zamanı “beynəlxalq ictimaiyyət bizim Qarabağa dair ambisiyalarımızın bir az aşağı salınmasını istəyir” deyəndən sonra başlayıb.
Müxalifət Paşinyanı Qarabağı Azərbaycana “təhvil verməkdə” ittiham edir.
Hakimiyyət müxalifətin bu ittihamını rədd edir və bildirir ki, Qarabağ ermənilərinin hüquq və azadlıqlarını müdafiə etmək əzmindədir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?