açıq mənbədən götürülüb
Ermənistanın paytaxtı Yerevan şəhərində müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları davam edir.
“News.am” yazır ki, bu gün, mayın 4-də bir çox küçə və körpülər bağlanıb. Aksiyaçıların əsas tələbi hökumətin istefasıdır.
Səhər saatlarına olan məlumata görə, Yerevandakı Kiyev körpüsü betonqarışdırıcılar tərəfindən bağlanıb. Hadisə yerinə çox sayda polis və xüsusi təyinatlılar cəmlənib. Hüquq mühafizə orqanlarının əməkdaşları nəqliyyatın qarşısını açmağa çalışırlar. Yerli KİV-in məlumatına görə, Baqramyan prospekti və Orbeli küçəsi də bağlanıb.
Aksiya iştirakçıları “Nikolsuz Ermənistan” şüarları səsləndirirlər.
Dünənki aksiyalarda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 244 etirazçı polis tərəfindən saxlanılmışdı. Ermənistan müxalifəti gecə-gündüz etiraz aksiyası keçirmək üçün Fransa meydanında çadırlar qurub.
Gazprom.ru
AFP
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır