Dünya

Yerevanda qadınlar Paşinyanın istefası tələbiylə aksiya keçirib

7 Aprel, 2021
41


Ermənistanda "Veto" hərəkatını təmsil edən bir qrup qadın hökumət evinin qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbiylə etiraz aksiyası keçirib.

"Sputnik Ermənistan"ın aprelin 7-də verdiyi xəbərə görə, hökumət evində daxil olmaq istəyən iştirakçılara polis müdaxilə edib. 

"Əsirlər məsələsi həll olunmadığı halda hökumət açıq-aşkar düşmənlə dostluqdan danışır. Biz sizin üçün türk fəsi gətirmişik, sağlıqla geyinin!", - hərəkatın təmsilçisi Anna Akopyan deyib. 

"Mənim evim müdafiə elədiyiniz adama görə indi türklərin (azərbaycanlıları nəzərdə tutur-red) əlinə keçib", - aksiyaçılardn biri polislərə müraciətlə deyib. 

Aksiya iştirakçıları polis kardonunu yararaq, hökumət evinə daxil olmağa çalışsa da, buna imkan verilməyib. Sonra etirazçılar polislərə və hökumət evinə tərəf yumurta atmağa başlayıblar. Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə edib. 

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar