Dünya

Yerevanda saxlanılan müxalifətçilərin sayı 400-ü keçib

17 May, 2022
143

AFP

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində küçələri bağlayan 400-dən çox aksiyaçını saxlayıb.

Yerevan polisininin rəsmi məlumatına görə, 414 nəfər saxlanılıb.

Bundan əvvəl müxalifət liderlərindən biri, parlamentin vitse-spikeri İşxan Saqatelyan küçə aksiyalarının dayandırıldığını və axşam saatlarında mitinq keçiriləcəyini açıqlamışdı: "Biz qarşıya qoyulan məqsədi yerinə yetirmişik - qeyd etmişik ki,Ermənistanda vəziyyətin sahibi xalqdır. Biz itaətsizlik aksiyalarını dayandırırıq".

Mayın 17-i səhər saatlarından etibarən nümayişçilər Yerevanın müxtəlif yerlərində, o cümlədən hava limanına və Müdafiə Nazirliyinə gedən yollarda nəqliyyatın hərəkətini dayandırıblar.

Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon da var. Bu barədə o, özünün “Telegram” kanalında məlumat verib. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor da saxlanılıb. Saxlanılanların hamısının üç saat sonra sərbəst buraxılacaqları açıqlanıb.

Vəkil Amram Makinyan sosial şəbəkədə bildirib ki, saxlanılan zaman polis əməkdaşı etirazçı Mher Stepanyanın qolunu sındırıb. Bundan başqa, Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan da polisin 77 yaşlı qadının qolunu sındırdığını və onun əstəxanaya yerləşdirildiyini bildirib.

Müxalifət etiraz aksiyalarına Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışı zamanı “beynəlxalq ictimaiyyət bizim Qarabağa dair ambisiyalarımızın bir az aşağı salınmasını istəyir” deyəndən sonra başlayıb.

Müxalifət Paşinyanı Qarabağı Azərbaycana “təhvil verməkdə” ittiham edir.

Hakimiyyət müxalifətin bu ittihamını rədd edir və bildirir ki, Qarabağ ermənilərinin hüquq və azadlıqlarını müdafiə etmək əzmindədir.

Dünya

Borrell: Avropa İttifaqının Rusiya ilə müharibə etmək niyyəti yoxdur

6 İyul 2022

Rəsmi səhifə

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Avropanın Rusiya ilə müharibə etmək planları yoxdur. O, bu barədə “Yomiuri” qəzetinə yazdığı məqalədə bildirib. Borrellin sözlərinə görə, Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə əsas cavab bundan sonra da sanksiyalar siyasəti olacaq. O, sanksiyaların təsirinin daha da artacağına əminliyini ifadə edib.  Diplomat həmçinin Rusiyanın Avropa və ABŞ texnologiyalarından asılılığının Çindən altı dəfə çox olduğunu qeyd edib. Borrel hesab edir ki, buna görə də sanksiyalar altındakı Rusiya iqtisadiyyatı  ehtiyaclarını ödəyə bilməyəcək. Borrell artıq sanksiyalara görə Rusiyanın “İskəndər” və “X-101” kimi dəqiq raketlər istehsal etmək imkanlarının məhdudlaşdığına diqqət çəkib.  "Neft...
Dünya

Rusiya Xarkov Universitetini raketlə vurub

6 İyul 2022
İyulun 6-da gecə saatlarında Rusiya ordusunun Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirdiyi bildirilir.  Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram”da məlumat yayıb. O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib. Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb: “Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”. Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.

Seçilmiş Videolar

Toplum TV loqo