Rəsmi səhifə
Ermənistanın “Flyone Armenia” şirkəti Yerevan-İstanbul-Yerevan reysini həyata keçirmək üçün Türkiyə tərəfindən rəsmi icazə alıb.
Bu barədə “Flyone Armenia” şirkəti "Facebook" hesabında məlumat paylaşıb.
"Türkiyə rəsmi qurumları “Flyone Armenia”-ya uçuşları həyata keçirməyə icazə verib. İlk uçuş fevralın 2-nə təyin edilib. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək", - deyə məlumatda bildirilib.
Türkiyə tərəfindən İstanbul-Yerevan-İstanbul uçuşlarını isə "Pegasus" hava yolları şirkəti həyata keçirəcək.
II Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi səlahiyyətli nümayəndələr təyin ediblər. Səlahiyyətli nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir