Новый очаг
Moskva vilayətində 1980-ci illərin sonlarında SSRİ-də populyar olan "Laskovıy May" qrupunun keçmiş solisti Yuri Şatunov vəfat edib. Onun 48 yaşı var idi.
Şatunovun nümayəndəsi onun ölümünü "RİA Novosti"-yə təsdiqləyib.
Müğənninin ölümünə infarktın səbəb olduğu bildirilir. Bəzi mənbələrə görə, o, Domodedovo xəstəxanasında, digərlərinə görə isə hələ təcili yardım maşınında olarkən ölüb.
https://toplum.tv/dunya/rusiyada-dogum-1943-1944-cu-iller-seviyyesine-dusub
Yuri Şatunov Orenburqda uşaq evində böyüyüb. 13 yaşında o, Sergey Kuznetsovun rəhbərliyi ilə yaradılan "Laskovıy May" yeniyetmə pop qrupunun solisti olub. 1988-ci ildə qrup ilk albomunu çıxarıb. 1980-ci illərin sonlarında qrup və Şatunovun özü Sovet İttifaqında böyük populyarlıq qazanıb - bu, həmin janrda ilk musiqi layihələrindən biri idi. Şatunovun sonradan mübahisə etdiyi prodüser Andrey Razinin rəhbərliyi altında qrup ölkə daxilində çoxsaylı qastrol səfərləri edib. Ən məşhur hitləri arasında "Belıe rozı" və "Sedaya Noç" var.
1991-ci ildə "Laskovıy May" dan ayrıldıqdan sonra Şatunov Almaniyaya gedib, sonra Rusiyaya qayıdaraq solo musiqi karyerasını davam etdirib. Amma bir də heç vaxt əvvəlki populyarlığını qazanmayıb.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb