The Times of Israel
Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Almaniyanı Rusiyaya qarşı kifayət qədər qətiyyətli olmadığına görə tənqid edib.
Ukrayna Prezidenti ZDF telekanalına müsahibəsində deyib ki, Almaniya kansleri Olaf Şolz Moskva ilə Kiyev arasında balans yaratmaq cəhdlərini dayandırmalı və öz tərəfini seçməlidir.
O xatırladıb ki, Almaniya Ukraynaya digər Avropa ölkələrindən, xüsusən də NATO-nun şərq cinahındakı dövlətlərdən gec kömək etməyə başlayıb.
https://toplum.tv/dunya/angela-merkel-putin-avropani-mehv-etmek-isteyir
“Bizə kansler Şolzun Almaniyanın Ukraynanı dəstəklədiyini bəyan etməsi lazımdır. O və hökuməti qərar verməlidir: siz Ukrayna ilə Rusiya münasibətləri arasında balans yaratmağa çalışmamalı, kimə üstünlük verəcəyinizi müəyyənləşdirməlisiniz”.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb