Dünya

Zelenski "Azovstal"da mühasirədə qalan həbçilərin təxliyyəsini təsdiqlədi

17 May, 2022
86

Reuters

Mariupol şəhərindəki "Azovstal" zavodunu Rusiya müdaxiləçilərindən qoruyan Ukrayna əsgərlərinin təxliyəsi başlanıb.

"Reuters" agentliyinin məlumatına görə, "Azovstal"dan 10 avtobus yaralı hərbçi çıxarılıb

Məlumatı Ukrayna Baş Qərargahı da təsdiqləyib.

Xəbərdə deyilir ki, ümumilikdə "Azovstal" zavodunu 264 Ukrayna hərbçisi tərk edib. Onlardan 53-nün yaralı olduğu bildirilir.

Yaralılar Novoazovsk şəhərinə aparılıb. Şəhər Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir. Qalan 211 hərbçinin humanitar dəhlizlə Yelenovka şəhərinə aparıldığı bildirilir. Bu şəhər də separatçıların nəzarəti altındadır.

Ukrayna hərbçilərinin əsirlikdə olub-olmaması rəsmi olaraq açıqlanmayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, onların “daha sonra vətənə qayıtmaları üçün mübadilə proseduru həyata keçiriləcək”.

Ukrayna Prezidenti Volodimir Zelenski də təxliyədən danışıb:

"Ukrayna hərbçilərinin – Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatın, habelə danışıqlar aparan qrupun, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin səyləri ilə ümid edirik ki, bizim uşaqların həyatını xilas etmək mümkün olacaq. Vurğulamaq istəyirəm: bizə Ukrayna qəhrəmanlarının sağ qalması lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, bunu hər bir adekvat insan başa düşəcək”.

Rusiyanın Müdafiə Nazirliyi mühasirədə olan "Azovstal" zavodundan yaralı Ukrayna əsgərlərinin çıxarılmasına dair Kiyevlə razılaşma əldə olunduğunu bildirir.

Nazirlikdən o da qeyd edilib ki, ərazidə artıq “sükut rejimi” elan edilib.

Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul 2022

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. "Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.  “Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib. Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo