PBS
Ukrayna və ABŞ prezidentlərinin görüşü normal, məhsuldar məcrada keçib, amma danışıqların atmosferi həmişə parlaq olmayıb.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski “Ukrayna 24” telekanalı ilə yayımlanan brifinqi zamanı söyləyib.
Prezidentin sözlərinə görə, danışıqların Baydendə hansı qənaət yaratdığını demək hələ çətindir: “Amma görüşün bir saat əvəzinə iki saat davam etməsi onu göstərir ki, tərəflər həqiqətən dialoqda və bu dialoqun nəticələrində maraqlıdırlar”.
Zelenski Amerika lideri ilə görüşünü konstruktiv kimi qiymətləndirib və və deyib ki, görüş neqativ çalar olmadan keçib. O, həm də vurğulayıb ki, danışıqlarda “Krım” sözü mütəmadi səslənib. Ukrayna prezidentinin fikrincə, bu fakt Ukraynanın ərazi bütövlüyünün Amerika tərəfindən bundan sonra da dəstəklənəcəyinin sübutudur.
Volodimir Zelenski etiraf edib ki, Baydenin Kiyevə mümkün səfərini müzakirə etməyi unudub: “Amma buna qədər bizim komandalar əlaqə saxlayıblar, biz də səfər barədə telefonla müzakirə aparmışıq. Düşünürəm ki, ABŞ prezidenti Ukraynaya gələcək”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər