Hurriyet Daily
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Türkiyəyə hava reyslərini dayandırmasından sonra ukraynalıların Türkiyəyə turist axınının artmasının zəruri olduğunu deyib.
"Feysbuk" hesabında canlı yayımda çıxış edən Zelenski bildirib ki, turizm məsələsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da müzakirə edib.
"Biz ukraynalıların və Türkiyə vətəndaşlarının turizm səviyyəsini necə artıracağımızı müzakirə etdik. Xüsusilə indiki dövrdə bir-birimizə dəstək olmalıyıq. Ərdoğan bizi, müstəqilliyimizi və suverenliyimizi dəstəkləyir. Moskvanın Rusiyadan Türkiyəyə gedən turist axınının məhdudlaşdırmaqla bağlı qərarlarından xəbərdarsız. Bu, onların şəxsi işidir. Amma düşünürəm ki, biz Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, - Ukrayna prezidenti açıqlamasında deyib.
Rusiya 15 aprel - 1 iyun tarixləri arasında Türkiyəyə aviareyslərin dayandırılması barədə qərar çıxarıb. Qərarda Rusiyanın turizm operatorlarına Türkiyədə dincəlməyi planlaşdıran 500 mindən çox insanın biletlərinin qaytarılması barədə də göstəriş verilib.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?