Anadolu Agency
"Rusiya işğalçlarının Donbasdakı indiki hücumu regionu insansız əraziyə çevirə bilər".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün videomüraciətində bildirib.
“Onlar Popasnaya, Baxmut, Liman, Lisimansk, Severodonetskini küllüyə çevirmək istəyirlər. Mariupol, Volnovaxa kimi. Rusiya işğalçı heyətində ölən və yaralananların yerini doldurmaq üçün sərhədə yaxın şəhərlərdə, Donetskdə, Luqanskda kimi gəldi götürürlər. Bizim insanların deportasiyası və mülkilərin kütləvi qətlləri də daxil olmaqla bütün bunlar Rusiyanın həyata keçirdiyi genosid siyasətidir”, - Ukrayna prezidenti deyib.
Zelenski dünən Xarkovun atəşə tutulmasından da danışıb: “Hamısı dinc insanlardır. Öldürülən körpə (beş aylıq) və atası. Ana ağır vəziyyətdədir. Xarkovda yaralananlar arasında doqquz yaşlı qız da var. Yenə raket zərbələri, Sumı, yenə Donbas. Yenə də işğalçıların Zaporojye vilayətindəki artilleriyasının fəallaşması. Rusiyaya təzyiq - həqiqi mənada insan həyatının qorunması məsələsidir. Ləngiyən, zəiflik göstərilən, qurbanın hesabına təcavüzkarı “sakitləşdirmək” barədə mübahisələr və təkliflərlə keçən hər gün – öldürülən yeni ukraynalılar deməkdir. Həm də bizim qitədə hamı üçün yeni təhdidlərdir”.
UNİAN xəbər verir ki, rusların Xarkovu atəşə tutması nəticəsində 8 dinc sakin həlak olub, onların arasında beş aylıq körpə də var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?