Zelenski Krım körpüsündəki partlayış barədə: "Bunu biz sifariş verməmişik"
Rəsmi səhifə
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsündə baş verən partlayışın arxasında Ukrayna təhlükəsizlik xidmətinin olması ilə bağlı iddiaları təkzib edib.
Kanadanın "CTV News" telekanalına verdiyi müsahibədə o, deyib ki, "Mənim bildiyim qədəriylə bu dəqiq bizim sifarişimiz deyil".
Ukrayna lideri körpüdəki partlayışın Rusiya hərbçiləri ilə xüsusi xidmət orqanları arasında gedən daxili mübarizənin nəticəsi ola biləcəyini ehtimal edib: “Rusiyada ordu ilə xüsusi xidmət orqanları və kəşfiyyat orqanları arasında ciddi əlaqələr var. Hakimiyyətin bir çox şaquli istiqamətləri var. Bu, böyük bir sistemdir. Sovet İttifaqında KQB idi. Bu gün o, bir neçə qoldan ibarətdir və qollardan hansının əsas olduğuna daim o qərar verir".
https://toplum.tv/dunya/ukrayna-muqavimetinin-simvolu-severski-donets-cayi
Rusiya hakimiyyəti oktyabrın 8-də Kerç boğazında Krım körpüsündə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini iddia edir. Partlayışda Ukrayna tərəfinin əli olması barədə iddianı "The New York Times", "The Washington Post", UNIAN və "Ukrayinska Pravda" nəşrlərinə danışan hökumət mənbələri də səsləndiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?