Rəsmi səhifə
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı Krımın anneksiyası barədə səsləndirdiyi fikirlərə görə ona təşəkkür edib.
TASS-ın məlumatına görə, Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasındakı debatlar zamanı bəyan edib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
"Biz anneksiyasını qəbul etmədiyimiz Krım ərazisi daxil olmaqla, Ukraynanın suverenliyini və ərazi bütövlüyünün qorunmasını vacib hesab edirik", - deyə Ərdoğan vurğulayıb.
Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tanımaqdan imtina etmişdi.
Rusiya XİN-in sözçüsü Mariya Zaxaraova məsələyə münasibət bildirərkən demişdi ki, Moskva bu bəyanatı diqqətdən kənarda qoymayacaq.
Kremlin Mətbuat Katibi Dmitri Peskov isə Türkiyənin Krıma dair açıqlamalarının "qəbuledilməz" olduğunu bəyan edib. Peskov bildirib ki, Rusiya Türkiyəyə patnyor gözüylə baxır, bununla belə, arada bəzi fikir ayrılıqları da mövcuddur. O, vaxt keçdikcə Türkiyənin Krıma dair mövqeyinin dəyişəcəyinə ümid etdiyini qeyd edib.
Peskov həmçinin qeyd edib ki, yaxın günlərdə Soçi şəhərində Rusiya və Türkiyə dövlət başçılarının görüşü gözlənilir.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?