Dünya

Zelenski: "Mən çirkli pulların yuyulması ilə məşğul olmamışam"

18 Oktyabr, 2021
166

PBS

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə özü, nə də təsisçilərindən biri olduğu “Kvartal 95” yaradıcılıq studiyasından kimsə çirkli pulların yuyulması ilə məşğul olmayıb. 

"Radio Svoboda"-nın məlumatına görə, Ukrayna lideri “Pandora sənədləri”ndə onun ofşorlarda gəlirlərinin olması barədə yayılan iddiaları belə şərh edib. Zelenski bildirib ki, belə məlumatlar əvvəl də yayılıb: “2019-cu ildə eyni filmi oliqarx Poroşenkonun kanallarında da görmüşdüm, çünki o bilirdi ki, mənim alnım ağdır”.

“Ukrainskaya Pravda” xəbər verir ki, Zelenski eyni zamanda 2012-ci ildə ofşor şirkətindən yararlanmasını inkar etməyib: “Yanukoviç zamanında hamı öz biznesini strukturlaşdırırdı, xüsusilə KİV-lə əlaqəli biznesi. Kanalların hamısının xaricdə şirkətləri vardı, istisnasız olaraq hamısının. Çümki bu, siyasətin sənə təsir etməməsi üçün bir imkan idi”.

“Pandora sənədləri”ndə indiki Ukrayna prezidenti də daxil olmaqla, 1500-dən çox ukraynalı haqqında məlumatlar var. Məsələn, bu məlumatlarda Zelenski və komandasının 2012-ci ildən etibarən offşorlardan 40 milyon dollar əldə etdiyi iddia olunur.

Dünya

Avropa Birliyi Belarusa qarşı sanksiyaları təsdiq etdi

2 Dekabr 2021

Rəsmi səhifə

Avropa Birliyinə üzv-ölkələrin daimi nümayəndələri komitəsinin (COREPER) iclasında Lukaşenko rejiminə qarşı sanksiyaların beşinci paketi razılaşdırılıb. Bu barədə "RİA Novosti" xəbər verir.  Qərara əsasən, yeni məhdudiyyətlər imzalanandan və ictimailəşəndən sonra qüvvəyə minəcək. Sanksiyaların AB-nin rəsmi jurnalında bu gün, dekabrın 2-də dərc olunacağı gözlənilir. Yeni sanksiya siyahısına Belarusun 17 rəsmi şəxsi və 11 təşkilatı daxil edilib. Daha əvvəl məlum olmuşdu ki, yeni sanksiyalar AB sərhədlərində miqrasiya böhranını təşkil edən və ya ona yardım edən fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına tətbiq ediləcək. Artıq məlumdur ki, Dövlət Sərhəd Xidmətinin sədri Anatoli Lapko, Qrodno sərhəd dəstəsinin rəisi Konstantin Molostov, DİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz...
Dünya

Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər

2 Dekabr 2021

Spiegel

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun yeni konstitusiyasının qəbulundan sonra növbədənkənar prezident seçkiləri ehtimalını dəyərləndirib.  O, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. Lukaşenko bildirib ki, Belarus konstitusiyasına dəyişikliklər haqqında referendumdan sonra parlament və Ümumbelarus məclisinə yeni seçkilər keçiriləcək. Bu zaman o, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib. Dövlət başçısı deyib ki, seçkilər əgər “prezident qərar verərsə”, ya da əsas qanununun keçici müddəalarında Belarus prezidentinin seçilməsi üçün başqa müddətlər göstərilərsə, keçirilə bilər. Lukaşenko yeni konstitusiyanın qəbulunun əhəmiyyətini daha əvvəl izah edib. O, bildirib ki, dəyişikliklərin mahiyyəti səlahiyyətlərin bölüşdürülməsi və yeni hakimiyyət strukturunun yaradılmasıdır. Dəyişikliklər qəbul edilərsə, parlament və hökumətin rolu artacaq,...
Seçilmiş Videolar