Açıq mənbələrdən götürülüb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu hələ də hərbi texnika baxımından Rusiya ordusundan geri qaldığı üçün hücuma keçə bilmir.
“Biz böyük itkilər veririk, insan həyatı isə mənim üçün önəmlidir”, - Zelenski “Financial Times” qəzetinin onlayn konfransında söyləyib.
Ukrayna Prezidenti çıxışı zamanı onu da qeyd edib ki, müharibənin pat ilə yekunlaşmasına və tərəflərin indi nəzarət etdikləri ərazilərdə qalmasına razı deyil. O hesab edir ki, qələbə döyüş meydanında qazanılmalıdır, bu zaman o, Rusiya qüvvələrinin fevralın 24-ə qədərki mövqelərinə çıxarılmasını yarım qələbə hesab edəcəyini deyib. Tam qələbə isə onun sözlərinə görə, Krım da daxil olmaqla ölkənin bütün ərazisi üzərində suverenliyin bərpası olmalıdır.
Prezident həm də söyləyib ki, Rusiya ilə danışıqlara hazırdır, amma yalnız Putinin özü ilə.
Zelenski həmçinin Qərb ölkələrini Ukraynaya silah tədarükünü artırmağa, Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə çağırıb. Bu zaman o, etiraf edib ki, son zamanlar bəzi Qərb ölkə liderlərinin yorulması və sanksiyaları yumşaltmağa çalışması barədə siqnallar daxil olur.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Un.org
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?