Tass
“Rusiya hərbçiləri cinayət törətməkdə davam edərsə, Ukrayna cəmiyyətində Putinlə danışıqlar aparmaq istəyi aradan qalxacaq”.
UNIAN-ın məlumatına görə, bunu mayın 25-də Davosda onlayn çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı hesab edir ki, Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibəsində baş verənləri dərk eləmir və buna görə də o, informasiya qeyri-reallığından çıxmalıdır.
"Mənə elə gəlir ki, o, Ukraynanın yerindən tərpənməyəcəyini və güzəştə getməyəcəyini dərk etmədən öz informasiya aləmində yaşayır. Ukrayna öz torpağı, azadlığı və mütləq gələcəyi üçün vuruşur. Bizim torpağımızdan getməyə yerimiz yoxdur , biz bunu etməyəcəyik”, - deyə Zelenski vurğulayıb.
Zelenski hesab edir ki, sadəcə Putinlə danışıqlar aparmaq lazımdır: “Rusiyadan olan bəzi vasitəçilərlə danışmağın mənası yoxdur, çünki onlar “heç kim”dir. Onlar hətta rəqəm deyillər. Onlar bir növ havadadırlar. Putinsə reallığı dərk edəndə başa düşəcək ki, günahsız insanlar ölür”.
Zelenski onu da qeyd edib ki, Ukrayna yalnız fevralın 24-dən sonra işğalçılar tərəfindən ələ keçirilən ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara gedəcək.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?