açıq mənbədən götürülüb
Ukrayna prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında Ukrayna Ali Radasının keçmiş deputatı Viktor Medvedçukun əlləri qandallı fotosunu yayıb.
Opponentləri ona rusiyayönlü deyirlər. Medvedçuk ev dustaqlığında idi, lakin Rusiya Ukraynaya hücum edəndə yoxa çıxmışdı.
Zelenskinin yazdığına görə, Ukraynanın təhlükəsizlik xidməti onun saxlanılması üçün xüsusi əməliyyat keçirib və təfərrüatlar yaxın vaxtlarda bəlli olacaq.
Zelenskinin paylaşdığı fotoda Viktor Medvedçuk Ukrayna silahlı qüvvələrinin formasındadır, fotonun harada və nə vaxt çəkildiyi bilinmir.
Media Medvedçuku “Putinin kirvəsi” adlandırır, çünki Rusiya prezidenti keçmiş deputatın qızının xaç atasıdır.
Rusiya prezidentinin qızının xaç atası olduğu üçün medianın «Putinin kirvəsi” adlandırdığı Medvedçuk Ukraynada ev dustaqlığında idi və işğalının ilk günündə həbsdən qaçmışdı.
O, ötən ilin oktyabrında vətənə xəyanətdə ittiham olunmuşdu. İstintaqın versiyasına görə, siyasətçi qondarma “DXR” və “LXR” ərazisindən kömürün qaçaqmalçılığı ilə bağlıdır.
Ukrayna Baş Prokurorluğu iddia edir ki, Medvedçukun Moskva ilə təmasları 2014-2015-ci illərdə ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vurub.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”