Dünya

Zelenski: Putinin nüvə silahından istifadə edəcəyinə inanmıram 

22 Sentyabr, 2022
216

Açıq mənbələrdən götürülüb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin təhdidlərini həyata keçirəcəyinə və nüvə silahından istifadə edəcəyinə inanmır. 

Bu barədə o, Almaniyanın "Bild" nəşrinə müsahibəsində bildirib.

“Mən onun bu silahdan istifadə edəcəyinə inanmıram. Düşünmürəm ki, dünya onun bu silahdan istifadə etməsinə icazə verər”, - deyə Zelenski bildirib. Amma onu da əlavə edib ki, "Biz bu şəxsin başının içinə baxa bilmərik, [buna görə də] risk var." 

https://toplum.tv/dunya/rusiya-azov-doyusculerini-putinin-kirvesiyle-deyisib

Ukrayna Prezidenti hesab edir ki, Putinin sözlərinə görə güzəştə getməyə ehtiyac yoxdur. “Sabah Putin deyə bilər ki, biz Ukraynadan başqa, Polşanın daha bir hissəsini istəyirik, əks halda nüvə silahından istifadə edəcəyik. Biz bu kompromislərə gedə bilmərik”, - deyə Zelenski əlavə edib.

Ukrayna lideri onu da deyib ki, Ukrayna Rusiya hərbçiləri tərəfindən ələ keçirilən ölkə ərazilərini azad etmək planlarından əl çəkmək niyyətində deyil. O, həmçinin qeyd edib ki, özünü müstəqil elan etmiş "Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası", habelə Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində keçiriləcək “Rusiya Federasiyasına daxil olmaq üzrə referendumlar” “qondarmadır və dövlətlərin 90%-i onları tanımır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya XİN: Moskva Paşinyana cavab hazırlayır

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rəsmi Moskvanın yaxın vaxtlarda Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı müvafiq açıqlama verəcəyi gözlənilir. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində bildirib. Zaxarova Yerevanın rəsmi açıqlamalarını ikitərəfli münasibətlərin inkişafına zidd olduğunu qeyd edib. “Deyə bilərəm ki, Moskva Ermənistanın baş naziri və Yerevanın digər rəsmi nümayəndələri tərəfindən verilmiş reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət edib və bu, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna müfəssəl cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - Kreml rəsmisi vurğulayıb. https://toplum.tv/dunya/pabs-in-yuumlksekccedilinli-resmileri-yerevana-gelibp Xatırladaq ki,...
Dünya

ABŞ-nin yüksəkçinli rəsmiləri Yerevana gəlib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Ermənistana səfər ediblər. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirlik açıqlamasında, bu səfərin ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqlədiyinin ifadəsi olduğunu bəyan edib. Səfər   Vaşinqton rəsmilərinin gəlişi, həmçinin erməni sakinlərin Qarabağda son hərbi əməliyyatlar zamanı yaranmış humanitar ehtiyaclarının həll olunması üçün olduğu diqqətə çatdırlıb. https://toplum.tv/siyaset/pkreml-qarabagin-kime-malik-olmasi-meselesi-hell-olundup Səfirlik rəsmi Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahat olduğunu və Qarabağa beynəlxalq humanitar təşkilatlarının, habelə kommersiya...

Seçilmiş Videolar

Toplum TV loqo